XƏBƏR
15:23

  YARAT Müasir İncəsənət Məkanının “İnsan: Özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində növbəti seminar və təlimləri BDU-da keçirilib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bakı Dövlət Universitetində YARAT Müasir İncəsənət Məkanının “İnsan: Özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində amerikalı mütəxəssis Stiven Hikmanın "Şüurlu özünəmərhəmət" mövzusunda 4 gün davam edən giriş mühazirəsi və təlim proqramı keçirilib.

Agyol.az xəbər verir ki, Uniuversitetdən verilən məlumata görə, seminar-təlimdə psixologiya elmləri doktoru və lisenziyalı klinik psixoloq Stiven Hikman insanda bir çox qabiliyyət və bacarıqlar haqda bilgilərin genişlənməsini təmin etmək məqsədi ilə insanın fiziki sağlamlığına emosiyaların təsiri və emosional sağlamlığı qorumaq üçün praktiki təlimatlara dair məlumatları iştirakçılarla bölüşüb.

O, həyatın çətin anlarında özünüzə qarşı səmimi və qarışıq münasibətlərin necə inkişaf etdirilməsi barəsində praktiki biliklər təqdim edib. Həmçinin, diqqətin toplanması, əsas emosiyaların dərki, çətin situasiyalarda daxili harmoniyanı qorumaq, stressi idarə etmək kimi məsələlərdən bəhs olunub, müzakirələrdə iştirakçıların sualları cavablandırılıb.




  Yayım tarixi :28 Oktyabr 2019   15:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .