XƏBƏR
14:47

  Gimnastlarımız Gürcüstandan medallarla qayıdır

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu
Həftəsonu Tbilisidə (Gürcüstan) idman gimnastikası üzrə “Medea Cup” adlı beynəlxalq turnir keçirilib.
Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi yığma komandanın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov təmsil edib.
Gimnastlardan ən yaxşı nəticəni Anar və Rəsul göstərib. Belə ki, Anar sərbəst hərəkətlərdə, Rəsul isə turnikdə 1-ci olub. Anar dəstəli atda çıxışına görə 2-ci, Rəsul isə 3-cü yerdə qərarlaşıb. Onların komanda yoldaşı Ramin isə halqalarda 2-ci olub. Rəsul daha bir alətdə - parallel qollarda çıxış edərək, daha bir bürünc medal qazanıb.




  Yayım tarixi :28 Oktyabr 2019   14:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .