XƏBƏR
10:46

  Mikayıl Cabbarov: İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır

Gündəm

Xəbər lenti

Ölkədə iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır. Azərbaycanın İqtisadiyyat Nazirliyi qarşısında xüsusən qeyri-neft sektorunda artımın sürətləndirilməsi, kiçik və orta biznesin fəaliyyəti üçün şəraitin daha da yaxşılaşdırılması, azad rəqabətin təmin edilməsi kimi mühüm vəzifə və məqsədlər qoyulub.

Agyol.az xəbər verir ki, bunu Azəbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi iş proqramlarını yeniləmək, bununla da gələcək hədəflərini müəyyən etmək niyyətindədir: "İşimizi müsbət əsasda davam etdirəcəyik. Əgər makroiqtisadiyyatımıza nəzər salsaq, müsbət göstəricilər görmək olar. Xarici borcumuz azdır, makroiqtisadi sabitlik təmin olunub".




  Yayım tarixi :28 Oktyabr 2019   10:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .