XƏBƏR
09:51

  Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq.

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu gün şəhər ərazisində "BakıKart" ödəmə terminallarının sayı kifayət qədərdir: "Həm metro stansiyalarında, həm də avtobus dayanacaqlarında bu cür terminallar quraşdırılacaq. Əgər biz deyiriksə, "BakıKart"ın əhatə dairəsi ilin sonuna kimi əhəmiyyətli dərəcədə genişləndiriləcək, bu halda terminalların sayı da artırılacaq. Amma ümumilikdə vətəndaşlarımızın kartın balansını rahat şəkildə artırması üçün İKT imkanlarından daha geniş istifadə ediləcək və "online" sistem işə salınacaq. Hazırda bununla bağlı zəruri olan texniki prosedurlar icra olunmaqdadır. Düşünürəm ki, gələn ilin birinci yarsında artıq bu da mümkün olacaq".




  Yayım tarixi :28 Oktyabr 2019   09:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .