XƏBƏR
21:23

  GUAM: Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının möhkəmlənməsinə səbəb olacaq

Gündəm

Xəbər lenti

Azərbaycan beynəlxalq sülhün möhkəmlənməsinə mühüm töhfə verən bir ölkədir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın möhkəmlənməsinə və beynəlxalq aləmdə rolunun artmasına səbəb olacaq.

Agyol.az xəbər verir ki, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə debat müzakirələrində GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib.

O qeyd edib ki, GUAM ölkələri ərazisində münaqişələr öləkələrin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq qanunlara uyğun həllini tapmalıdır. Baş katib bildirib ki, sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh olmaz:

“Bu baxımdan dayanıqlı inkişaf və sülhü təmin etmək üçün birgə səylər göstərilməlidir”.




  Yayım tarixi :26 Oktyabr 2019   21:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .