XƏBƏR
21:12

  Prezident İlham Əliyev Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib.

Agyol.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğuladı.

Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.




  Yayım tarixi :26 Oktyabr 2019   21:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .