XƏBƏR
15:52

  Ramin Quluzadə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə müzakirələr aparılıb

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb.

Agyol.az xəbər verir ki, görüşdə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının Birgə Bəyanatı” imzalanıb.

Həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, yerli startapların dünya bazarına çıxışının təşkili məsələləri müzakirə olunub.

Daha sonra UNCTAD-ın baş katibi Mukisa Kituyi startaplarla görüşüb. İnnovasiyalar Agentliyinin Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin, eyni zamanda Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən startapçılar tədbirdə öz layihələrinin təqdimatını keçirib.

Qonaqlara Baramanın yeni akselerasiya proqramına başlaması haqqında məlumat verilib. Bildirilib ki, proqramın qalibləri 12 həftə boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alacaq, onlara dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək göstəriləcək.

Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.




  Yayım tarixi :26 Oktyabr 2019   15:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .