XƏBƏR
15:28

  Boliviya XİN: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq

Gündəm

Xəbər lenti

Boliviya inanır ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq.

Agyol.az xəbər verir ki, bunu Boliviyanın Xarici İşlər naziri Dieqo Peri Radriqes Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Boliviya Azərbaycanın hərəkata sədrliyini dəstəkləyir və Azərbaycanın keçirəcəyi bütün tədbirlərdə fəal iştirak edəcək. Boliviyalı nazir bildirib ki, zirvə görüşü tarixi əhəmiyyət daşıyır:

“Sessiyanın əsas mövzularından biri əlaqələrin daha da möhkəmləndirilməsidir. Bandunq prinsipləri ölkələrin suverenliyinin qorunmasında əsas rol oynayır. Bu səbəbdən bu prinsipləri möhkəmləndirmək vacib əhəmiyyət kəsb edir”.

O, həmçinin ölkəsində keçirilən prezident seçkiləri və Boliviyaya qarşı tətbiq edilən sanksiyalar haqqında məlumat verib.




  Yayım tarixi :26 Oktyabr 2019   15:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .