XƏBƏR
22:26

  Azərbaycanla İordaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib

Gündəm

Xəbər lenti
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb.
Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Nazir A.Safadi Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.
Görüşdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olundu.
Tərəflər, həmçinin Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.




  Yayım tarixi :25 Oktyabr 2019   22:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .