XƏBƏR
22:16

  Elmar Məmmədyarov Sinqapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi ilə görüşüb

Gündəm

Xəbər lenti
Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Singapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi Mohamad Maliki Bin Osman ilə görüşüb.
Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə etdilər. Azərbaycan ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan tərəflər, qarşılıqlı faydalı əməkdaşlığın açdığı bütün bu imkanlardan daha səmərəli şəkildə istifadə edilməsi üçün beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Sinqapurla Azərbaycan arasında ikitərəfli iqtisadi-ticari əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini qeyd edən Dövlət katibi, Sinqapur şirkətləri ilə Azərbaycan şirkətləri arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olmasını məmnunluqla dilə gətirdi və ölkələr arasında mövcud olan perspektivlərdən faydalanmağın, bu xüsusda İKT və s. sahələrdə təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini vurğuladı.
Öz növbəsində nazir Elmar Məmmədyarov Sinqapurun Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlığa əlavə təkan verilməsi üçün müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
Sonra Sinqapur rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair əminliyini ifadə etdi.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.




  Yayım tarixi :25 Oktyabr 2019   22:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .