XƏBƏR
21:48

  Pakistanlı politoloq: Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin imicinə müsbət təsir göstərəcək

Gündəm

Xəbər lenti

Qoşulmama Hərəkatı üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi region və dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edən hadisədir.

Agyol.az xəbər verir ki, bunu pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölknin nüfuzunu daha da artıracaq:

“Bununla yanaşı, Azərbaycanın üzərinə məsuliyyətli missiya qoyulub, çünki bu beynəlxalq struktur regionda və dünyada sülh və sabitliyin möhkəmlənməsinə vacib töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə ölkə siyasətinin prioriteti olan Qarabağ probleminə toxunması məntiqə uyğun idi”.

Politoloq xatırladıb ki, Pakistan 90-cı illərdə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Həmçinin, Pakistan beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına vadar etməyə çağıran birinci ölkədir:

“Azərbaycan Prezidenti Bakı sammitində Qarabağla bağlı düzgün vurğular qoydu və bəyan etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, güc tətbiq etməklə ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə qəbulolunmazdır”.

M.A.Nur bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bundan sonra da Azərbaycanı dəstəkləyəcək və onun milli maraqlarının dəstəklənməsi, ərazi bütövlüyünün bərpası və sərhədlərin toxunulmazlığı üçün çıxış edəcək.

Politoloq əlavə edib ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin imicinə müsbət təsir göstərəcək.




  Yayım tarixi :25 Oktyabr 2019   21:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .