XƏBƏR
15:49

  Mövlud Çavuşoğlu Sumqayıtda

Gündəm

Xəbər lenti
Azərbaycanda səfərdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Sumqayıtda açılış mərasimində iştirak edib.
Agyol.az xəbər verir ki, bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu "Ziraat Bank Azərbaycan” ASC-nin Sumqayıt filialının açılışında iştirak edib. 
Açılış mərasimini bildirən rəmzi qırmızı lent kəsilib. Sonra M. Çavuşoğlu Sumqayıt filalının yerləşdiyi binada olan şəraitlə tanış olub, bankın əməkdaşları ilə söhbət edib. 
Bildirilib ki,  filialın fəaliyyəti ölkə iqtisadiyyatının və ölkələr arasındakı xarici ticarətin inkişafı ilə iqtisadi əlaqələrin güclənməsinə öz töhfəsini verəcək. 
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ali qonağa şəhərlə bağlı hədiyyələr təqdim edib. 




  Yayım tarixi :25 Oktyabr 2019   15:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .