XƏBƏR
15:43

  Arif Alvi: Azərbaycanın sədrliyi dövründə Pakistan Qoşulmama Hərəkatına dəstəyini əsirgəməyəcək

Gündəm

Xəbər lenti

Azərbaycanın sədrliyi dövründə Pakistan Qoşulmama Hərəkatına dəstəyini əsirgəməyəcək.

Agyol.az xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

Prezident qeyd edib ki, dünyada baş verən geosiyasi dəyişikliklər və parçalanma təxirəsalınmaz tədbirlər görməyi vacib edir: "Qoşulmama Hərəkatına üzv olan bir sıra ölkələr işğala məruz qalıb. Pakistan işğala "yox" deyir, onu pisləyir və terrorçuluğa qarşı mübarizəni vacib hesab edir. Təşkilata üzv dövlətlər işğaldan əziyyət çəkir. Biz buna qarşı birgə mübarizə aparmalıyıq. Bu gün biz kollektiv səylər göstərməliyik”.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında danışan prezident vurğulayıb ki, aclıq və yoxsuluğun aradan qaldırılması sahəsində tədbirlər görülməlidir: “Əgər biz bərabərsizliyə və yoxsulluğa qarşı mübarizə aparmasaq, gördüyümüz işin lazımi nəticəsini görə bilməyəcəyik. Biz sülhə çox bağlıyıq. Əgər biz münaqişələrə birdəfəlik son qoymaq istəyiriksə, iqtisadi artımı da təmin etməliyik. Pakistan regionda müvafiq sülh siyasətini yürüdür. Pakistan bundan sonra da səylərini davam etdirəcək, məsələlərin dinc yolla həllinə üstünlük verəcək. Pakistan inanır ki, rifah və şəffaflıq bütün üzv ölkəlkərdə təmin edilməlidir”.

A.Alvi bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi ölkələr tərəfindən pozulur. BMT bu məsələni diqqətdə saxlamalıdır.




  Yayım tarixi :25 Oktyabr 2019   15:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .