XƏBƏR
12:48

  BMT Baş katibi: Azərbaycanın sədrliyə başlaması ilə Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələ başlayır

Gündəm

Xəbər lenti

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır.

Agyol.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına müraciətində deyib.

A.Quterreş Azərbaycanı sədrliyi üzərinə götürdüyünə görə təbrik edib. O qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfələr verir.

Baş katib vurğulayıb ki, dünyaya elə şəbəkələr lazımdır ki, orada regional və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərə bilsinlər: "Sabitlik münaqişələrin qarşısının alınması üçün çox vacibdir. Bu gün resurslar uğrunda rəqabət də dünyada qeyri-sabitlik yaradır. Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki, sabitliyi təmin etmək mümkün olsun".




  Yayım tarixi :25 Oktyabr 2019   12:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .