XƏBƏR
10:59

  Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri istefa verib

Gündəm

Xəbər lenti

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri İsşu Suqavara istefa verib.

Agyol.az ın məlumatına görə, NHK telekanal xəbər verir ki, nazirin istefasına səbəb olaraq 2007-ci ildə keçirilən seçkilər zamanı onun seçki qərargahı tərəfindən seçicilərə müxtəlif hədiyyələrin göndərilməsi göstərilir. Bildirilir ki, həmin vaxt seçicilərə Yaponiyada yüksək qiyməti ilə seçilən qovun və xərçəng kimi delikateslər göndərilib.

Parlamentin büdcə komitəsində həmin məsələ müzakirə edilərkən nazir bu xəbərləri mütləq aydınlaşdıracağını deyib. Oktyabrın 24-də həftəlik jurnalda nazirin katibinin seçicilərdən birinin dəfni zamanı ailə üzvlərinə maddi yardımın göstərilməsini etiraf etməsi barədə məlumat qalmaqalda son damla olub. Buddist dəfn adətlərinə görə belə ianələr ölənin ailə üzvlərinə xüsusi dəfn paketində təqdim olunur.

Oktyabrın 25-də Nazirlər Kabinetinin iclasından sonra İ.Suqavara jurnalistlərə bildirib ki, o istefa ərizəsini artıq Baş Nazirə təqdim edib.

Həmin vəzifəyə Hiroşi Kaciyamanın təyin ediləcəyi barədə məlumatlar yayılıb.




  Yayım tarixi :25 Oktyabr 2019   10:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .