XƏBƏR
10:19

  Ərdoğan ABŞ-a səfər etmək niyyətindədir

Gündəm

Xəbər lenti
Türkiyə, Rusiya və İranın həmrəyliyi İdlibin qanlı gölə çevrilməsinin qarşısını alıb.
Agyol.az xəbər verir ki, bunu "TRT" telekanalının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında həyata keçirilən "Sülh bulağı" əməliyyatını şərh edən T.Ərdoğan bildirib ki, bu əməliyyat etnik kürdlərə qarşı deyil, PKK/YPG terror təşkilatına qarşı yönəlib: "Biz kürdlərlə düşmən deyilik, onlar bizim qardaşımızdır. Biz onlarla müharibə etmirik. Bizim problemimiz terrorçulardır".
Onun sözlərinə görə, əməliyyatın əsas nailiyyəti Suriyanın Tell-Abyad və Cerablus rayonları arasında 10 kilometr dərinliyində "sülh dəhlizinin" yaradılması olub.
T.Ərdoğan qeyd edib ki, "Sülh bulağı" əməliyyatının uğurla həyata keçirilməsində Türkiyə istehsalı olan silahlar mühüm rol oynayıb.
Türkiyə prezidenti əlavə edib ki, Ankara terrorçulardan təmizlənən regionların bərpa olunmasında beynəlxalq ictimaiyyətin dəstəyini gözləyir.

Suriya üzrə Türkiyə-ABŞ razılaşmalarına toxunan T.Ərdoğan vurğulayıb ki, Türkiyə danışıqlar aparıb və PKK/YPG terror təşkiları ilə deyil, Birləşmiş Ştatlarla razılığa gəlib: "PKK/YPG terror təşkilatının ağır silahları NATO-nun üzvü olan Türkiyəyə verilməlidir".

T.Ərdoğan qeyd edib ki, ABŞ prezidenti Donald Tramp onunla münasibətlərdə maksimum səmimiyyət nümayiş etdirir.

Türkiyə prezidenti əlavə edib ki, Türkiyə nümayəndə heyəti noyabrın 13-ü ABŞ-a səfər edəcək və orada Suriyanın şimalındakı son hadisələri və ikitərəfli münasibətləri müzakirə edəcək: "Cənab D.Tramp sanksiyaların ləğv edilməsini bəyan edib. Beləliklə, bizim noyabrın 13-ü ABŞ-a səfərimizə mane olan hallar qalmayıb".




  Yayım tarixi :25 Oktyabr 2019   10:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .