XƏBƏR
10:18

  Azərbaycana daha 3 Prezident, 1 Kral gəlib

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Sudan Respublikasının Prezidenti Abdul-Fattah Al-Burhan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Prezident Abdul-Fattah Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Ekvatorial Qvineyanın dövlət başçısını hava limanında Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Prezident Arif Alvini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

Həmçinin Esvatininin Kralı III Msvati də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycana səfərə gəlib.

Kral III Msvatini hava limanında Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

 




  Yayım tarixi :25 Oktyabr 2019   10:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .