XƏBƏR
17:12

  “Mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək” VİDEO

Gündəm

Xəbər lenti
“Mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək” . Agyol.az ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. A. Rəhimzadə deyib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var: “Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir. Bakıda yaşayan insanlar mənzil istismar idarələrinə lift və digər xidmətlər üçün pul verir. Ancaq bu, mənzil istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir aidiyyəti yoxdur. Hələlik mənzil istismar idarələri bələdiyyələrin nəzdində deyil. Bir müddətdən sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək. Bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır, mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək”. Komitə sədri qeyd edib ki, bələdiyyə fəaliyyətini qurmaq üçün maliyyəsi olmalıdır.




  Yayım tarixi :24 Oktyabr 2019   17:12

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .