XƏBƏR
17:10

  Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarılan daha iki terrorçu İraq ərazisində məhv edilib

Gündəm

Xəbər lenti
Türkiyə Silahlı Qüvvələrinin və Milli Təhlükəsizlik Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən terrorçulardan daha ikisinin axtarışda olduğu müəyyən edilib.
Agyol.az xəbər verir ki, təhlükəli PKK terrorçularından olan "Gülçiya" ləqəbli Servet Aydın və "Tekoşin Batman" ləqəbli Söyləməz Yaşar İraqın şimalındakı Qara bölgəsində zərərsizləşdirilib. Onların hər ikisi terror düşərgələrinə endirilən aviazərbələrlə məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarılan həmin terrorçuların tapılması üçün böyük məbləğdə mükafat nəzərdə tutulurdu.




  Yayım tarixi :24 Oktyabr 2019   17:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .