XƏBƏR
16:28

  Elmar Məmmədyarov: İnanırıq ki, sədrliyimiz boyunca Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

İnanırıq ki, bu Zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik.

Agyol.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə toplantısının Nazirlərin Hazırlıq Toplantısında yekun nitqində deyib.

Bu iki gün ərzində məhsuldar müzakirələr aparıdığını vurğulayan nazir qeyd edib ki, interaktiv müzakirələr zamanı maraqlı çıxışlar dinlənildi və bu müzakirələr bir daha əyani şəkildə göstərdi ki, Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır:

"Sizinlə razılaşdırdığımız hərtərəfli sənədlərdə bu baxımdan bir neçə vacib məqam yer alır.

Bu gün çoxtərəflilik heç vaxt olmadığı qədər vacibdir və bu dəyərli çərçivəni qorumaq bizim məsuliyyətimizdir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq, çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir. Bu hörmətli Hərəkatın sədrliyini üzərimizə götürməkdən və onun qarşıdan gələn uğurlarına töhfəmizi verməkdən qürur duyuruq. İnanırıq ki, bu Zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik. Bundan əlavə, inanırıq ki, sədrliyimiz Qoşulmama Hərəkatının üzvü olmayanlarla əməkdaşlıq çərçivəsi qurmağa kömək edəcəkdir.

Xanımlar və cənablar, bunununla da, nəticə sənədlərinə verdiyiniz dəyərli töhfələrə və interaktiv debatda fəal iştirakınıza görə bir daha hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, Bakı Zirvəsi tarixdə ən uğurlu zirvə görüşlərindən biri kimi həmişə yadda qalacaqdır".




  Yayım tarixi :24 Oktyabr 2019   16:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .