XƏBƏR
15:05

  Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır

Gündəm

Xəbər lenti

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.

Agyol.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bölmələrin qışa hazırlığının vəziyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı, əsgər yataqxanalarının və müxtəlif təyinatlı digər hərbi obyektlərin isitmə sistemləri ilə təchiz edilməsi general-mayor Qədir Nəsibovun rəhbərliyi ilə yoxlanılır.

Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələrin mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqla təchiz edilməsi, həmçinin onlara planlı şəkildə qulluq göstərilməsinin səviyyəsi də nəzarətdə saxlanılır.




  Yayım tarixi :24 Oktyabr 2019   15:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .