XƏBƏR
14:10

  Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, general-mayor Qədir Nəsibovun rəhbərliyi ilə bölmələrin qışa hazırlığının vəziyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı, əsgər yataqxanalarının və müxtəlif təyinatlı digər hərbi obyektlərin isitmə sistemləri ilə təchiz edilməsi yoxlanılır.

Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələrin mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təchiz edilməsi, həmçinin onlara planlı şəkildə qulluq göstərilməsinin səviyyəsi də nəzarətdə saxlanılır.




  Yayım tarixi :24 Oktyabr 2019   14:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .