XƏBƏR
11:49

  Akademik Məmmədağa Şirəliyevin 110 illiyi ali təhsil müəssisələrində də qeyd olunacaq

Gündəm

Xəbər lenti

“Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib.

Agyol.az xəbər verir ki, “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Tədbirlər planında ali təhsil müəssisələrində “Azərbaycanda dialektologiya məktəbinin qurucusu”, “Azərbaycanda dilçilik elminin yaranması, inkişafı və bu sahədə yüksəkixtisaslı kadrların yetişməsində akademik Məmmədağa Şirəliyevin rolu”, “Azərbaycan dilçiləri arasında ilk dilçi akademik”, “Azərbaycan dilinin dialektoloji atlasının yaradıcısı” mövzularında elmi konfrans, simpozium və seminarların keçirilməsi, həmin tədbirlər çərçivəsində akademikin yaradıcılığını əks etdirən fotosərginin təşkili nəzərdə tutulur. Həmçinin akademik Məmmədağa Şirəliyevin 110 illiyi ilə bağlı məlumatlar, aparılan elmi tədqiqatların nəticələri ali təhsil müəssisələrinin saytlarında yerləşdiriləcək, elmi jurnallarda dərc ediləcək, televiziyalarda akademikə həsr olunmuş verilişlər təşkil olunacaq.




  Yayım tarixi :24 Oktyabr 2019   11:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .