XƏBƏR
11:23

  Azərbaycanın 8 cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır

Gündəm

Xəbər lenti

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.

Agyol.az xəbər verir ki, yarışın birinci günündə 8 cüdoçumuz mübarizəyə başlayır. Kişi cüdoçulardan Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) güclərini sınayacaqlar.

Turnirdə 100-ə yaxın ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Azərbaycan millisinin heyətində isə 15 idmançı mübarizəyə qatılacaq.

“Böyük dəbilqə” turniri oktyabrın 26-da yekunlaşacaq.




  Yayım tarixi :24 Oktyabr 2019   11:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .