XƏBƏR
22:12

  BƏƏ-nin Xarici İşlər üzrə Dövlət nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı verilib

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı ilə görüşüb.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşün əvvəlində nazir E.Məmmədyarov BƏƏ-dən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim etdi. Qarşı tərəf təltif üçün nazir Məmmədyarova səmimi təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.Ə.Qarqaşı, Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür etdi və ölkəmizin təşkilata sədrliyi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırdı.E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ə.Qarqaşın iştirakının önəmini qeyd etdi.Ə.Qarqaşı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi və BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğuladı.Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə etdilər.Görüşün sonunda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ə.Qarqaşı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.




  Yayım tarixi :23 Oktyabr 2019   22:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .