XƏBƏR
22:11

  Azərbaycanla Əfqanıstan arasında nəqliyyat layihələri müzakirə olunub

Gündəm

Xəbər lenti

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşüb.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.Əfqanıstan rəsmisi ölkəsində cərəyan edən son proseslər haqqında məlumat verib. Bu xüsusda, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsaslarda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.Tərəflər regionda həyata keçirilən Lapis-Lazuli və TAPİ kimi irimiqyaslı nəqliyyat və enerji dəhlizləri layihələrinə toxunaraq, sözügedən təşəbbüslərin regional əməkdaşlığa xidmət etdiyini vurğulayıblar.Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.




  Yayım tarixi :23 Oktyabr 2019   22:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .