XƏBƏR
21:46

  Elmar Məmmədyarov venesuelalı həmkarı ilə görüşüb

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreaza Monserratı qəbul edib.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazirlər Azərbaycan və Venesuela arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Nazir X.Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə təşkilatın təməl prinsiplərini təbliğ edəcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib.E.Məmmədyarov Azərbaycanın həm BMT, həm digər beynəlxalq təşkilatlar çərşivəsində, o cümlədən sədrlik edəcək QH-də də həmişə əməkdaşlıq və inkişafa xidmət edən təşəbbüslərin təşviqinə çalışdığını vurğulayıb.Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreaza Monserratı Azərbaycannın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.




  Yayım tarixi :23 Oktyabr 2019   21:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .