XƏBƏR
16:50

  R.Ə.Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bu saatlarda Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib. 

Agyol.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib. 

O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib. 

Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib. 

Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. 

AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir. 

Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var. 




  Yayım tarixi :23 Oktyabr 2019   16:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .