XƏBƏR
14:22

  “Ağ Şəhər” layihəsinin Bakının Baş Planı kontekstində inkişafı müzakirə edilib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na əsasən həyata keçirilən “Bakı Ağ Şəhər” layihəsinin yol şəbəkəsinin və infrastruktur Bakı şəhərinin Baş Planı kontekstində inkişafı müzakirə olunub.

Agyol.az xəbər verir ki, “Bakı Ağ Şəhər”in mətbuat xidmətindən bildirilib ki, iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müşaviri Aydın Kərimov, Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud, komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin layihə rəhbəri Frank Höf, layihə rəhbərinin müavini Stefani Vladika, “Ernst and Young “audit şirkətinin, eləcə də “Bakı Ağ Şəhər” layihəsinin nümayəndələri iştirak ediblər.

“AS+P” şəhərsalma şirkətinin nümayəndəsi, layihə rəhbəri F.Höf Bakının inkişaf prosesində prioritet istiqamətlərdən olan mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması, dayanıqlı ekologiyanın yaradılması və mədəni irsin qorunmasını qeyd edib. “Bakı Ağ Şəhər” layihəsinin Baş Planı, paytaxtın yol şəbəkəsi və mühüm infrastruktur məsələləri, tikinti sıxlığı və mərtəbəliliyi, məktəblər və digər sosial obyektlərin salınması kimi məsələlər müzakirə olunub.

İclas zamanı ekoloji şəhərsalma layihəsi olan “Bakı Ağ Şəhər”in ekoloji davamlılığı, memarlıq rəngarəngliyi və ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası qeyd edilib. Bildirilib ki, “Ağ Şəhər” layihəsinin inkişafı Bakının Baş Planında uğurlu şəhərsalma nümunəsidir.




  Yayım tarixi :23 Oktyabr 2019   14:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .