XƏBƏR
14:16

  Rusiya Taxıl İttifaqının vitse-prezidenti: Azərbaycan sübut edib ki, daxili sosial-iqtisadi vəzifələri yerinə yetirə bilir

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Azərbaycan sübut edib ki, daxili sosial-iqtisadi vəzifələri yerinə yetirə bilir.

Agyol.az xəbər verir ki, bunu Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu ilin doqquz ayı ərzində 3,4 milyon ton taxılın yığılması ölkə hökuməti tərəfindən görülən işin həcmini göstərir.

Vitse-prezident xatırladıb ki, 1992-ci ildə ölkədə buğda məhsuldarlığı 1,3 milyon ton təşkil edirdisə, həmin dövrdən etibarən məhsuldarlıq 2,5 dəfə artıb:

“Bu, Azərbaycanda görülmüş nəhəng işdir. Yoxsulluq səviyyəsi 2 milyon nəfərdən 200 min nəfərədək azaldılıb. Dövlət nümayiş etdirib ki, bu problemi səmərəli şəkildə həll edə bilir”.




  Yayım tarixi :23 Oktyabr 2019   14:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .