XƏBƏR
12:54

  Dmitri Peskov: Kürd silahlı birləşmələri geri çəkilməsələr, türk ordusunun texnikasının altında qalacaqlar

Gündəm

Xəbər lenti

Kürd silahlı birləşmələri geri çəkilməsələr, türk ordusunun texnikasının altında qalacaqlar.

Agyol.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində söyləyib.

O deyib ki, kürd dəstələri silahları ilə birlikdə geri çəkilməsələr, Suriya sərhədçiləri və Rusiya hərbi polisi geri çəkilməli olacaq. “Faktiki olaraq, qalan kürd dəstələri türk ordusunun texnikasının altında qalacaq”, - deyə D.Peskov bildirib.

Xatırladaq ki, oktyabrın 22-də Soçidə Rusiya və Türkiyə arasında kürdlərin Suriyadakı “xalq özünümüdafiə qüvvələri”nin Türkiyə sərhədindəki 30 kilometrlik zonadan geri çəkilməsinə imkan yaradılması barədə razılıq əldə olunub.




  Yayım tarixi :23 Oktyabr 2019   12:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .