XƏBƏR
11:23

  Futzal üzrə Azərbaycan millisi Moldova yığması ilə qarşılaşacaq

Gündəm

Xəbər lenti

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.

Agyol.az xəbər verir ki, komandamız saat 20:00-da Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşacaq. "İdman TV"dən canlı yayımlanacaq oyunu çexiyalı baş hakim Ondrey Çerny idarə edəcək. Ona latviyalı İngus Puriņş və almaniyalı İngo Heemsoth kömək edəcəklər.

Turun digər oyununda isə Monteneqro və Slovakiya komandaları üz-üzə gələcəklər.




  Yayım tarixi :23 Oktyabr 2019   11:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .