XƏBƏR
11:07

  Tokioda Yaponiya-Çin ikitərəfli əlaqələrinin perspektivləri müzakirə olunub

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu

Oktyabrın 23-də Yaponiyanın Baş Naziri Şinzo Abe İmperator Naruhitonun taxta çıxması mərasimlərində iştirak etmək üçün Tokioya gələn Çin Sədrinin müavini Van Tsişan ilə görüşüb.

Agyol.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Yaponiya-Çin ikitərəfli əlaqələrinin inkişafı və Çin Sədri Si Cinpinin gələn ilin yazında Tokioya gözlənilən səfəri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Çin Sədrinin müavini Yaponiyanın yeni İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar oktyabrın 22-də təşkil edilən mərasimlərə fəxri qonaq kimi qatılıb.




  Yayım tarixi :23 Oktyabr 2019   11:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .