XƏBƏR
10:14

  Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşü keçirilir.

Agyol.az ın məlumatına görə, XİN rəhbərlərinin görüşü Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərinin XVIII Sammiti ərəfəsində 2 gün - 23-24 oktyabrda baş tutacaq.

21-22 oktyabr tarixlərində isə iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü keçirilib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.




  Yayım tarixi :23 Oktyabr 2019   10:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .