XƏBƏR
17:49

  "Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ

Gündəm

Xəbər lenti

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.

Agyol.az xəbər verirki, Klubdan verilən məlumata görə, oktyabrın 24-də baş tutacaq oyuna hazırlıqlar davam edir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL qarşılaşmasında bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.




  Yayım tarixi :22 Oktyabr 2019   17:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .