XƏBƏR
16:45

  Lənkəranda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə 2,3 milyon manat ayrılıb

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.




  Yayım tarixi :22 Oktyabr 2019   16:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .