XƏBƏR
15:38

  Ərdoğan və Putin arasında görüş başladı - Soçidə

Gündəm

Xəbər lenti

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb. Agyol.az ın məlumatına görə, görüşü şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların mürəkkəb olacağını qeyd edib.

Görüş başlamazdan öncə isə Rusiya Prezidenti Suriyadakı vəziyyətlə bağlı açıqlama verərək durumun ağır olduğunu deyib. O, həmçinin Rusiya-Türkiyə münasibətlərində əldə olunmuş yüksək əməkdaşlıq səviyyəsinin mübahisəli məsələlərin həllində öz təsirini göstərəcəyinə ümid etdiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya rəsmi səfərə gəlib. İki ölkə lideri arasında əsas müzakirə mövzusunun Suriya və regional məsələlərin olacağı bildirilir.




  Yayım tarixi :22 Oktyabr 2019   15:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .