XƏBƏR
15:24

  Vitse-spiker: “Biz İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq”

Gündəm

Xəbər lenti

“Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Noyabr ayında növbəti beynəlxalq tədbir, 25-26 oktyabrda isə Qoşulmama Hərəkatının zirvə görüşü Bakıda keçiriləcək. Belə bir vəziyyətdə vacib idimi siz "28 May" metrosu qarşısında aksiya keçirəsiniz? Azərbaycana asi olmaq hardan gəlir belə? Başa düşürəm, sizin sifarişçiləriniz var, sizə pul verirlər. Lakin siz də azərbaycanlısınız axı”.

Agyol.az xəbər verir ki, bu fikirləri Birinci vitse-spiker Ziyafət Əsgərov müxalifətin icazəsiz aksiyası ilə bağlı yekun çıxışında deyib.

 Z.Əsgərov qeyd edib ki, Azərbaycan bundan sonra da çox güclü inkişaf edəcək: “Bu islahatlar ona gətirəcək ki, Azərbaycan dünyanın ən sayılan ölkələrindən olacaq. Konstitusiyanın 49-cu maddəsinə istinad edirlər ki, bizim sərbəst toplaşmaq azadlığımız var. Razıyam, hər bir azərbaycanlı konstitusiya hüquqlarından istifadə edə bilər. Amma şərtlər də var axı. Mən soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz? Əminəm ki, bilirsiniz. Sizin niyyətiniz təmizdirsə, metronun qarşısında niyə aksiya keçirmək istəyirsiniz? Sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən? Kimsən sən? Sənin toplaşmaq azadlığın var, mənim də istirahət etmək hüququm var. Sən onsuz da hər şeyi itirmisən, Əli Kərimli, sənin heç olmasa gənclərə yazığın gəlsin”.

Birinci vitse-spiker əlavə edib ki, biz Azərbaycan dövlətini, dövlətçiliyini, biz İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq”.




  Yayım tarixi :22 Oktyabr 2019   15:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .