XƏBƏR
15:23

  Tallinn aeroportu Avropada 6-cı yerdədir

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bələdçilərin ənənəvi illik sorğusunda Avropanın 15 ən yaxşı aeroportu müəyyənləşib.

Agyol.az ın məlumatına görə, Tallinnin Lennart Meri adına beynəlxalq hava limanı cari il üçün bu siyahıda 6-cı yerdə qərarlaşıb. Tallinn aeroportu eyni sorğuda 2017-ci ildə 3-cü yeri tutmuşdu. Hazırda bu hava limanı ildə 3 milyonadək sərnişinə xidmət göstrərir.

İlk 3 yerdə isə müvafiq olaraq Helsinki (Finlandiya), Münxen (Almaniya) və Amsterdam (Niderland) var.

Sorğuda aeroportların komfortu, göstərilən xidmətlər, əyləncə, yemək seçimi, təhlükəsizlik və sənədləşdirmə qaydaları, sürətli yoxlamalar, təmizlik, naviqasiya və uzunmüddətli tranzitdə olan sərnişinlərin istirahəti kimi məqamlar əksini tapıb.

Dünyanın ən yaxşı aeroportu isə Sinqapurun “Changi” hava limanıdır.




  Yayım tarixi :22 Oktyabr 2019   15:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .