XƏBƏR
14:13

  Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Gündəm

Xəbər lenti
Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib.
Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:
- Sarı kəsişmə toru təşkil edilib;
- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.
Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.
Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.




  Yayım tarixi :22 Oktyabr 2019   14:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .