XƏBƏR
13:07

  Siyavuş Novruzov: Radikal müxalifət “Sərbəst toplaşmaq haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Oktyabrın 19-da Bakıda keçirilən qeyri-qanuni aksiyaya öz münasibətimizi bildirməliyik. Bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üzərinə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, şəhərin mərkəzində polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi.
Agyol.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, radikal müxalifət oktyabrın 19-da atılan addımlarla “Sərbəst toplaşmaq haqqında” qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.
Deputat deyib ki, hazırda 90-cı illər deyil: “Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Bu, Azərbaycanı sevməyən qüvvələri narahat edir”.




  Yayım tarixi :22 Oktyabr 2019   13:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .