XƏBƏR
10:58

  Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Gündəm

Xəbər lenti

Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur və onların daxili işlərinə qarışmır.

Agyol.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Türkiyənin xaricdə etdikləri tarixi bağlar və qardaşlıq əlaqələri əsasındadır. Bunu "bir damla neftə axıdılan bir damla qandan artıq qiymət verənlər" başa düşə bilməz".

Türkiyə prezidenti BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda islahatların aparılmasına çağırıb: "Türkiyə terrorçular və haqsızlıq və zorakılıq uğrunda çıxış edənlər arasında fərq qoymur".

T.Ərdoğan vurğulayıb ki, diplomatiyanı zəifə təzyiq göstərmək baxımından qəbul etmək yolverilməzdir.

Onun sözlərinə görə, "Sülh bulağı" əəməliyyatı başlanandan Qərb ölkələri, əsasən NATO və Aİ Türkiyəyə qarşı çıxdılar: "Türkiyədə 17-18 il hakimiyyətdə olan hakim partiya terrorçularla danışıqlar aparmayıb və aparmayacaq".




  Yayım tarixi :22 Oktyabr 2019   10:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .