XƏBƏR
10:47

  Deputatlar bu gün nələri müzakirə edəcək?

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Agyol.az -in məlumatına görə, iclasda deputatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi, Hesablama Palatasının auditorun təyin edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Əmək pensiyaları haqqında", "Lisenziyalar və icazələr haqqında" , "Dövlət rüsumu haqqında" qanunlara, o cümlədən Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə dəyişiklikər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.




  Yayım tarixi :22 Oktyabr 2019   10:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .