XƏBƏR
18:03

  “Putinlə görüşüb atılması vacib addımları atacağıq” - Ərdoğan

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

“Bildiyiniz kimi əməliyyat 120 saatlıq dayandırılıb. Artıq bu müddətin çox hissəsi başa çatıb”.

Agyol.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülhün mənbəyi” antiterror əməliyyatı ilə bağlı danışarkən bildirib. Prezident qeyd edib ki, sabah Rusiyanın Soçi şəhərinə səfərim var: “Səfər çərçivəsində cənab Putinlə prosesi müzakirə edəcəyik. Ondan sonra atılması vacib addımları inşallah atacağıq”.

Ərdoğan həmçinin vurğulayıb ki, 17-18 illik hakimiyyət dövrümüzdə terror təşkilatları ilə stol arxasında oturmadıq: “Oturmuruq və oturmayacağıq da. Başqaları otura bilər. Onlar bizi maraqlandırmır da. Amma, bizim məsələmiz fərqlidir. Bir tərəfdən terrora qarşı mübarizə aparırıq deyirlər, digər tərəfdən isə terrorçulara dəstək verirlər”.




  Yayım tarixi :21 Oktyabr 2019   18:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .