XƏBƏR
16:17

  Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Gündəm

Xəbər lenti
20 Noyabr 15:15Maradona klubdan qovuldu
18 Noyabr 15:41Sabah yağış yağacaq

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.




  Yayım tarixi :21 Oktyabr 2019   16:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .