XƏBƏR
15:54

  “Roborace” avtomobili “Ginnesin Rekordlar Kitabı”na düşüb

Gündəm

Xəbər lenti
20 Noyabr 15:15Maradona klubdan qovuldu
18 Noyabr 15:41Sabah yağış yağacaq

“Ginnesin Rekordlar Kitabı”nın təmsilçiləri “Roborace” avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.

Agyol.az xəbər verir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromunda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.

Rekordun təsviri 2020-ci il “Ginnessin Rekordlar Kitabı”nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə “Roborace” Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.




  Yayım tarixi :21 Oktyabr 2019   15:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .