XƏBƏR
12:50

  “Associated Press”: Çin 2021-ci il klublararası dünya çempionatının keçirilməsinə yeganə namizəd olacaq

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu

Çin 2021-ci il klublararası dünya çempionatının keçirilməsinə yeganə namizəd olacaq. Ölkənin bununla bağlı müraciətinə Şanxayda, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının iclasında baxılacaq. Bu barədə “Associated Press” öz mənbələrinə istinadla bildirir.

Agyol.az xəbər verir ki, futbol üzrə klublararası dünya çempionatı öz konfederasiyasında güclü qitə klubu turnirini qazanmış 6 konfederasiyanın güclü klubları arasında aparılan yarışdır. 2000-ci ildə əsası qoyulan turnir 2005-ci ildən hər ilin dekabrında keçirilir. Ötən il turnir Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub, finalda Madridin “Real” komandası “Əl-Ayn”ı 4:1 hesabla məğlub edib.

2019-cu və 2020-ci illərdə Qətərdə keçiriləcək turnirdə hazırda 7 klub iştirak edir. FIFA mart ayında turnirin yenidən qurulması barədə qərar qəbul edib. 2021-ci ildən başlayaraq iştirakçı komandaların sayı 24-ə çatacaq.




  Yayım tarixi :21 Oktyabr 2019   12:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .