XƏBƏR
12:35

  Azərbaycan idmançılarının uşu üzrə dünya çempionatında rəqibləri müəyyənləşib

Gündəm

Xəbər lenti

Çinin Şanxay şəhərində keçirilən uşu üzrə XV dünya çempionatında Azərbaycan idmançılarının rəqibləri müəyyənləşib.

Agyol.az xəbər verir ki, Azərbaycan Uşu Federasiyasından verilən məlumata görə, mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov Şri-Lanka idmançısı Laksman Gunasekara Vickramage ilə üz-üzə gələcək. Elçin Eminov (56 kq) fransalı Bilal Talha, Ruslan Pirəliyev (65 kq) isə belaruslu Yauhen Sliaptsou ilə qarşılaşacaqlar.

Uşu üzrə yığma komandamız dünya çempionatında böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, oktyabrın 23-də yekun vurulacaq dünya çempionatında 120-yə yaxın ölkənin idmançıları iştirak edirlər.




  Yayım tarixi :21 Oktyabr 2019   12:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .