XƏBƏR
12:34

  Ərdoğan: "Siqaret haramdır"

Gündəm

Xəbər lenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sigaretin haram olduğunu bildirib.

Agyol.az xəbər verir ki, "Siqaretdən imtina edək, Rizə çayı içək" adlı proqramda Ərdoğan siqaret çəkənlərə irad bildirib:

"Prezident olaraq sevdiyim şəxslərə də deyirəm ki, inanın siqaret haramdır. Dini İşlər nazirimiz də dedi ki, bu haramdır. Elektron siqaret istehsal etmək üçün bizdən icazə istədilər, vermədik, razılıq verən də deyilik. Elektron siqareti əsla ölkəmizə buraxan deyilik. Təhsil və idman müəssisələrində siqaret satışını qadağan etmişik. Gündə 20 min insan siqaretə görə həyatını itirir."




  Yayım tarixi :21 Oktyabr 2019   12:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .