XƏBƏR
12:21

  Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Agyol.az xəbər verir ki, bu barədə  parlamentin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.




  Yayım tarixi :21 Oktyabr 2019   12:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .